Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 22 mini keçib.

1501281
Dünyada koronavirusla bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 22 mini keçib. Virusa yoluxanların sayı 34  milyon 402 mini,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 25 milyon 590 mini keçib.
İtaliyada son 24 saat ərzində yeni növ koronavirus səbəbiylə 24 nəfər ölüb. Bununla da ölkədə insan itkisi 35 min 918-ə yüksəlib. 2 min 548 yeni yoluxma faktı  ilə "Covid-19" infeksiyasının yoluxduğu insan sayı 317 min 409 olub. Yoluxma sayının 29 apreldən bu yana ilk dəfə 2 mindən çox olduğu ölkədə Baş nazir Cüzeppe Konte dünən 15 oktyabrda başa çatacaq "Covid-19"la bağlı fövqəladə vəziyyəti 31 yanvar 2021-ci il tarixinədək uzadılması üçün parlamentin təsdiqinə təqdim edəcəklərini bildirib.
Fransada epidemiya səbəbiylə son 24 saat ərzində 63 nəfər ölüb, bununla da ölkədə həyat itkisi 32 min 19-a yüksəlib. Virusa yoluxanların sayı 13 min 970 artaraq 577 min 505 nəfərə çatıb. Səhiyyə naziri Olivier Veran virusun artıq hər qrup yaş üçün təhlükəli olduğunu xəbərdar edərək, epidemiyada vəziyyətin pisləşdiyi və səhiyyə sisteminin risk altında olduğu bir mərhələdə olduğunu söyləyib.
Veran paytaxt Paris və ətrafında "maksimum həyəcan" səviyyəsinə keçilə biləcəyini söyləyib.

98 min 822 insan itkisi və 6 milyon 323 min 247 yoluxma faktının qeydə alındığı Hindistanda virusla əlaqəli ölümlərin sayı hər keçən ay artıb.
Gündəlik ölüm sayı 1 sentyabrdan bəri mindən çox olan Hindistan 3 sentyabrdan bəri dünyada gündəlik ölüm sayının ən yüksək olduğu ölkəyə çevrilib.



Әlaqәli Xәbәrlәr