ABŞ Azərbaycan və Ermənistanı danışıqlar aparmağa çağırıb

Ağ Evin mətbuat katibi Keyli Makineni mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

1501231
ABŞ Azərbaycan və Ermənistanı danışıqlar aparmağa çağırıb

Ağ Evin mətbuat katibi Keyli Makineni mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Makineni Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı sual qarşısında ATƏT-in Minsk Qrupu liderləri Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronun mövzu ilə əlaqədar verdiyi ortaq bəyanatı xatırladıb.
Sözügedən açıqlamada bölgədəki şiddətli hadisələrin qınandığını deyən Makineni "Azərbaycan və Ermənistan liderlərini Minsk Qrupu həmsədrlərinin himayəsi altında tolerantlığa əsaslanan və ön şərt olmadan danışıqları davam etdirməyə çağırırıq" deyib.
Makineni bir jurnalistin "Bölgədəki qüvvələrin bu qarşıdurmayadaxil edilməsindən narahatsınızmı" sualına "Bu mövzuda başqa bir şərhim yoxdur" deyə cavab verib.
Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin sözçüsü, podpolkovnik Thomas Kampbell "Həm Azərbaycan, həm də Ermənistana verdiyimiz bütün yardımları iki ölkə arasındakı qarşıdurmalarla əlaqələndirilməyəcək şəkildə diqqətlə bərpa etdik" ifadəsini işlədib.i Vəziyyətin son dərəcə dəyişkən olduğunu və Pentaqonun hadisələri yaxından izlədiyini ifadə edən Kampbell."Şiddəti qınayırıq və həyatını itirənlərin ailələrinə başsağlığı veririk" deyib.



Әlaqәli Xәbәrlәr