Rusiya, ABŞ və Fransa tərəfləri münaqişələri təcili olaraq dayandırmağa çağırıb

Rusiya, ABŞ və Fransa Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ məsələsinin həllinə dair danışıqlar prosesinə başlamağa çağırıb.

1501106
Rusiya, ABŞ və Fransa tərəfləri münaqişələri təcili olaraq dayandırmağa çağırıb

Rusiya, ABŞ və Fransa Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ məsələsinin həllinə dair danışıqlar prosesinə başlamağa çağırıb.
Kremlindən verilən məlumata görə, Prezident Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyətlə bağlı birgə bəyanat veriblər.
Bəyanatda "ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Qrupu ölkələrini təmsil edən Putin, Tramp və Makron Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində şiddətin artmasını qətiyyətlə pisləyirlər" ifadəsi yer alıb.
Bəyanatda həlak olanların ailələrinə başsağlığı verilən bəyanatda "Tərəfləri münaqişələri təcili olaraq dayandırmağa çağırırıq. Ermənistan və Azərbaycan rəhbərliyini ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə  hər hansı şər irəli sürülmədən vəziyyətin həlli ilə bağlı danışıqların yenidən başlamasına görə məsuliyyət götürməyə çağırırıq" ifadələri işlədilib.
Qeyd edək ki, ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) — Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur.
Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk Qrupu, son 28 ildə bir çox cəhdlərə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün konkret nəticələr əldə etməyib.



Әlaqәli Xәbәrlәr