Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 12 mini, virusa yoluxanların sayı 33 milyon 844 mini keçib.

1499737
Dünyanın yeni növ koronavirusla mübarizәsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı bir milyon 12 mini, virusa yoluxanların sayı 33 milyon 844 mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 25 milyon 149 mini keçib.

Hindistanda "Covid-19" qaynaqlı ölümlәrin sayı 97 min 529-a yüksәlib. Ölkәdә yoluxma sayı isә 6 milyon 225 minә çıxıb.

Pakistanda koronavirus infeksiyasından ölәn insan sayı 6 min 479 nәfәr olub, virusun yoluxduğu insan sayı isә 312 min 263-ә çıxıb.

Cәnubi Afrikada yeni növ koronavirus infeksiyasından dünyasını dәyişәn insan sayı 16 min 667 min olub, virusun aşkarlandığı insan sayı isә 672 min 572 olub.

Epidemiyanın Avropadakı mərkəzi olan İngiltərədə virus səbəbiylə ölənlərin sayı son 24 saat ərzində 71 artaraq 42 min 72 nəfərə, virusun yoluxduğu insan sayı isə 7 min 143 nəfər artaraq 446 min 156 nəfərə çatıb.
İspaniyada son 24 saat ərzində "Covid-19"dan 203 nəfər ölüb. Bununla da ölkədə insan itkisi 31 min 614-ə yüksəlib. Bir gündə 9 min 906 yeni yoluxma faktının qeydə alındığı ölkədə yoluxma sayı 758 min 172-yə çıxıb. Yoluxma faktının ən çox olduğu paytaxt Madriddə iki həftədir tətbiq olunan əlavə tədbirlərin ölkə miqyasına yayılması, əhalisi 100 mindən çox olan bütün bələdiyyələrdə və yeni xəstələrlə xəstəxanalardakı reanimasiya şöbələrindəki sıxlığın çox olduğu bələdiyyələrdə tətbiq edilməsi üçün ilkin razılıq əldə edilib.
Portuqaliya Səhiyyə Nazirliyi son 24 saat ərzində 6 nəfərin öldüyünü və "Covid-19" səbəbiylə 688 yeni hadisənin qeydə alındığını açıqlayıb. Ölkədə insan itkisi 963 min, hadisə sayı isə 74 min 717-ə yüksəlib.



Әlaqәli Xәbәrlәr