BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirib

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

1499720
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə bağlı iclas keçirib

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağdakı vəziyyətlə bağlı fövqəladə iclası keçirilib.

Bağlı qapılar arxasında keçən iclasda Şuranın 15  daimi və qeyri-daimi üzvü iştirak edib.

Təhlükəsizlik Şurasının üzvləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca irimiqyaslı hərbi əməliyyatlarla bağlı xəbərlərdən narahatlıqlarını dilə gətiriblər. Üzvlər mülki şəxslər də daxil olmaqla, insan tələfatından təəssüfləndiklərini, BMT Baş Katibinin tərəflərin  gecikmədən substantiv danışıqlara qayıtmaq çağırışını dəstəklədiklərini bəyan ediblər. 

Təhlükəsizlik Şurasının üzvləri həmçinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mərkəzi rolunu tam dəstəklədiklərini bildiriblər və tərəfləri ilkin şərtlər olmadan dialoqun təcili bərpası üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırıblar.



Әlaqәli Xәbәrlәr