İordaniya Kralı Abdullah Senatın buraxılmasını qərara alıb

Krallıq Divanından verilən açıqlamaya görə, Kral Abdullah yaydığı fərmanla 28 sentyabrdan etibarən Senatı buraxıb.

1498329
İordaniya Kralı Abdullah Senatın buraxılmasını qərara alıb

İordaniya Kralı Abdullah Senatın buraxılmasını qərara alıb.
Krallıq Divanından verilən açıqlamaya görə, Kral Abdullah yaydığı fərmanla 28 sentyabrdan etibarən Senatı buraxıb. 
Kral Abdullah daha sonra daha bir fərman yayıb və Senatın Faysal Akif Fayizin başçılığı altında yenidən qurulduğunu bildirib.
İordaniya Kralı sentyabrın 27-də isə parlamentin birinci palatası olan olan Nümayəndələr Palatasını buraxıb.
Qeyd edək ki, İordaniya parlamenti iki palatadan ibarətdir: Kralın təyin etdiyi şəxslərdən ibarət olan "Senat" və seçilən "Nümayəndələr Palatası".
Ölkədə ümumi seçkilər 10 noyabrda keçiriləcək.



Әlaqәli Xәbәrlәr