BMT-nin Baş katibi Dağlıq Qarabağ bölgəsində atəşkəsin bərpasına çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş rəsmi Bakı və İrəvanı döyüşlləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqıarı bərpa etməyə çağırıb.

1498294
BMT-nin Baş katibi Dağlıq Qarabağ bölgəsində atəşkəsin bərpasına çağırıb

BMT-nin Baş katibi Antoniu Quterreş rəsmi Bakı və İrəvanı döyüşlləri dərhal dayandırmağa, gərginliyi azaltmağa və danışıqıarı bərpa etməyə çağırıb.

Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib Dağlıq Qarabağ bölgəsindəki təmas xətti boyunca yenidən hərbi əməliyyatların başlamasından son dərəcə narahatdır. O, güc tətbiq edilməsini pisləyir, insan itkisi və mülki vətəndaşlar arasında ölüm hallarına təəssüflənir”, - deyə məlumatda deyilir.

Dujarrick. “Baş katib tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa, gərginliyi azaltmağa və dərhal konstruktiv danışıqlara qayıtmağa çağırır" deyə bildirib.

BMT Baş katibi Antoniu Quterreş, həmçinin Dağlıq Qarabağ bölgəsindəki son eskalasiya ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla əlaqə saxlayır.

“Baş katib Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri ilə danışıqlar aparır”, - Düjarrik belə deyib.

Onun sözlərinə görə, Baş katib ATƏT-in Minsk Qrupu həmsədrlərinin vacib rolunu hərtərəfli dəstəklədiyini bəyan edib və tərəfləri ilkin şərtlər olmadan mümkün qədər tez bir zamanda dialoqa başlamaq üçün onlarla sıx əməkdaşlıq etməyə çağırır.

Digər tərəfdən ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus cəbhədəki gərginliyin artması ilə bağlı bəyanat yayıb.

Bu barədə ABŞ Dövlət Departamentin saytında qeyd olunub.

"Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca mülki şəxslər də daxil olmaqla çoxsaylı itkilərlə nəticələnən genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar ABŞ-ı narahat edir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.

Tərəfləri ən qısa müddətdə substantiv danışıqları bərpa etmək üçün Minsk Qrupu həmsədrləri ilə işləməyə çağırırıq. ATƏT-in Minsk Qrupunun həmsədri olaraq ABŞ münaqişənin sülh və davamlı həllinə nail olmaq üçün tərəflərə kömək etməyə sadiq qalır", - deyə Dövlət Departamentinin sözçüsü bildirib.



Әlaqәli Xәbәrlәr