Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 991 mini keçib.

1497543
Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 991 mini, virusa yoluxanların sayı 32  milyon 695 mini,  infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 24 milyon 97 mini keçib.
Fransada epidemiya səbəbiylə son 24 saat ərzində 56 nəfər ölüb, bununla da ölkədə insan itkisi 31 min 661-ə yüksəlib. Virusa yoluxanların sayı isə 15 min 797 artaraq 513 min 34 nəfərə çatıb.

Braziliyada son 24 saat ərzində daha 31 911 nəfərin koronavirus infeksiyasına yoluxması, 729 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 4 689 613 nəfər yoluxub. Bu müddət ərzində 140 537 koronaviruslu xəstə dünyasını dəyişib. Həmçinin bu günədək 4 040 949 xəstə müalicə olunaraq sağalıb.

İngiltərədə yeni növ koronavirusa gündəlik yoluxma hallarının sayı 6874 təşkil edib ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək gündəlik göstəricidir. Həmçinin gün ərzində 34 nəfər virusdan həyatını itirib.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 423 236 nəfərdir, 41 936 nəfər isə bu virusun qurbanı olub.

"Covid-19"dan ölənlərin sayı Hindistanda son 24 saat ərzində min 89 insanın ölümü ilə 93 min 379-a yüksəlib. 85 min 362 yeni "Covid-19" yoluxma faktının aşkarlanması ilə, sentyabr ayının əvvəlindən bəri ardıcıl olaraq gündəlik artımların qeydə alındığı ölkədə ümumi olaraq virusun yoluxduğu insanların sayı 5 milyon 903 min 932-yə yüksəlib.
Afrika qitəsində epidemiya səbəbiylə ölənlərin sayı 34 min 912, virusun yoluxduğu insanların sayı isə 1 milyon 452 min 768-ə çıxıb.
Qitədə "Covid-19"dan ən çox insan itkisi 16 min 312 ölümlə Cənubi Afrika , 5 min 853 ölümlə Misir, min 998 ölümlə Mərakeşdə qeydə alınıb.
Morityusda aktiv "Covid-19" hadisəsi qalmayıb, SeyşellərEritreyada ölüm faktı qeydə alınmayıb. 
Cənubi Afrikada xəstə sayı 668 min 529-a, bu ölkəni 112 min 522 yoluxma ilə Mərakeş və 102 min 625 yoluxma ilə Misir izləyib.



Әlaqәli Xәbәrlәr