BƏƏ ABŞ-a " F-35" döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-a "F-35" döyüş təyyarələri almaq üçün rəsmi müraciət etdiyi bildirilib.

1497644
BƏƏ ABŞ-a " F-35" döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ-a "F-35" döyüş təyyarələri almaq üçün rəsmi müraciət etdiyi bildirilib.
"Bloomberg"in adı açıqlanmayan Amerika rəsmilərinə əsaslandırdığı xəbərə görə, BƏƏ rəsmi şəkildə İsrail ilə "normallaşma" müqaviləsini imzaladıqdan sonra müraciət edib.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin rəsmiləri "potensial silah satışı" ilə bağlı açıqlamalar verməkdən imtina etdikdə, İsrailin silah tutumunun üstünlüyünün qorunub saxlanacağına dair zəmanət verdiklərinə işarə ediblər.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və baş məsləhətçisi  Kuşner "F-35" qırıcı təyyarələrinin satışına dair BƏƏ-yə yaşıl işıq yandıran açıqlamalar veriblər, İsrail isə satış ehtimalından narahatlığını dilə gətirib.

İsrail ilə BƏƏ və Bəhreyn ABŞ-ın vasitəçiliyi ilə 15 sentyabrda Ağ Evdə təşkil edilən mərasimdə "normallaşma" müqaviləsini imzalayıblar.



Әlaqәli Xәbәrlәr