ABŞ dialoq təşəbbüslərindən məmnunluğunu bildirib
ABŞ Dövlət Departamenti Şərqi Aralıq dənizindəki gərginliyin azaldılması məqsədilə qaldırılan dialoq təşəbbüslərindən məmnun olduqlarını açıqlayıb.
ABŞ Dövlət Departamenti Şərqi Aralıq dənizindəki gərginliyin azaldılması məqsədilə qaldırılan dialoq təşəbbüslərindən məmnun olduqlarını açıqlayıb.
ABŞ Dövlət katibi Mike Pompeonun Yunanıstana səfəri ilə əlaqədar telekonfrans keçirən Dövlət Departamentinin rəsmisi mətbuat mənsublarının suallarını cavablandırıb.
ABŞ-ın Türkiyə və Yunanıstan arasında yaşanan gərginlikdəki rolu sualına cavab verən rəsmi Şərqi Aralıq dənizi adasındakı gərginlikdən narahat olduqlarını, ancaq son zamanlarda qaldırılan dialoq təşəbbüslərindən məmnun olduqlarını söyləyib.
O deyib ki, 22 sentyabr tarixində Yunanıstan ilə Türkiyə arasında aparılan kəşfiyyat danışıqlarının bərpasına dair elanını məmnuniyyətlə qarşıladıq. Şübhəsiz ki, həm NATO müttəfiqi olan Türkiyə və Yunanıstan arasındakı gərginliyi sona çatdırma və sonra da dialoqun qurulmasını təmin etmək əhəmiyyət daşıyır, çünki bu hər hansı bir qəza və ya hadisənin baş vermə ehtimalını azaldır. Buna görə də Yunanıstan və Türkiyəni bu mövzuda addım atmağa və ideal olaraq razılığa gəlmələrini təşviq etməyə davam edirik. Şərqi Aralıq dənizindəki təhlükəsizliyin təmin olunması həm Türkiyə, həm də Yunanıstanın mənfəətinədir. Bu, Türkiyə və Yunanıstanla yanaşı Avroatlantik bölgədəki müttəfiqlərimizin də xeyrinədir. Regional təhlükəsizlik NATO da prioritetlər arasındadır. Bu səbəblə bölgədə olmağa davam edəcək və həll əsaslı fürsətləri səbirsizliklə gözləyəcəyik.
Digər tərəfdən, Yunanıstanın 2011-2012-ci illərdə İspaniyanın Sevilla Universiteti tərəfindən sifariş etdiyi Sevilla xəritəsi ilə əlaqəli bir sualı cavablandıran rəsmi, sözügedən xəritənin ABŞ üçün heç bir legitimliyi olmadığını vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Pakistan Əfqanıstanda bir sıra sığınacaq yerlərini bombalayıb
Pakistan Əfqanıstanda Pakistan Talibanının sığındığı iddia edilən yerləri bombalayıb.