"Yunanıstanın Türkiyə ilə kəşfiyyat danışıqlarına başlayacağından məmnunam", U. Leyen

Avropa İttifaqı Komissiyasının sədri Von der Leyen Yunanıstanın Türkiyə ilə kəşfiyyat danışıqlarına başlayacağından məmnun olduğunu söyləyib.

1496235

Von der Leyen Prezident Rəcəb Tayyib Ərdoğanla videokonfrans formatındakı görüşündən sonra sosial mediadan açıqlama verib.
Von der Leyen açıqlamasında Türkiyə ilə Yunanıstan arasında başlayacaq danışıqlardan məmnun olduğunu dilə gətirib.
Prezident Ərdoğanla Şərqi Aralıq dənizindəki vəziyyət və köç mövzusunda "çox səmərəli" fikir mübadiləsi apardığını ifadə edən von der Leyen "Yunanıstanla danışıqların başlamasını alqışlayıram" deyib.
Von der Leyen iki ölkə arasındakı danışıqların Şərqi Aralıq dənizinin sabitliyi və Aİ ilə konstruktiv əlaqələr üçün vacib olduğunu da vurğulayıb.

Әlaqәli Xәbәrlәr