Koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon nəfəri ötüb

Koronavirusdan həyatını itirənlərin sayı dünya miqyasında 982 min 20-ni, virusdan sağalanların sayı isə 23 milyon 682 mini keçib.

1496245
Koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon nəfəri ötüb

Dünyada "Covid-19" xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon 101 nəfəri ötüb. Koronavirusdan həyatını itirənlərin sayı dünya miqyasında 982 min 20-ni, virusdan sağalanların sayı isə 23 milyon 682 mini keçib.
Hindistanda "Covid-19"dan ölənlərin sayı 91 min 173-ə yüksəlib. Ölkədəki xəstə sayı 5 milyon 732 minə çıxıb.

Afrika qitəsində epidemiya səbəbiylə ölənlərin sayı 209 artaraq 34 min 587-ə çatıb. Qitə daxilində virusa yoluxan  insanların sayı son 24 saat ərzində 8 min 813 artaraq bir milyon 436 minə yüksəlib. Qitədə "Covid-19"dan ən çox insan itkisi 16 206 ölümlə Misirdə, 5822 ölümlə Mərakeşdə və 1918 ölümlə Mərakeşdə qeydə alınıb.

Fransada epidemiya səbəbiylə son 24 saat ərzində 43 nəfər ölüb. Bununla da ölkədəki insan itkisi 31 min 459-a yüksəlib. Virusa yoluxanların sayı bir gündə 13 min 72 artaraq 481 min 141 nəfərə çatıb. Nazirlər Kabinetinin iclasından sonra təşkil edilən mətbuat konfransında, Səhiyyə naziri Olivier Veran Paris, Bordo, Lyon və Tuluza da daxil olmaqla, ölkənin 10 şəhərinin "irəli həyəcan bölgələri" olaraq təyin olunduğunu, bu şəhərlərdə hər 100 min insanda 150, 65 yaşdan yuxarı hər 100 min insanda 50 yoluxma halı qeydə alındığını bildirib. Veran bu şəhərlərdə genişmiqyaslı tədbirlərin qadağan olunduğunu, ictimai yerlərdə ən çox 10 nəfərin bir araya gələ biləcəyini, idman salonlarının bağlanacağını və 28 sentyabr tarixindən etibarən yerli vaxtla saat 22: 00-da bar və restoranların bağlanacağını açıqlayıb. Fransa miqyasında epidemiya vəziyyətinin daha da pisləşdiyini qeyd edən Olivier Veran irəli həyəcan zonası siyahısının hər həftə yenilənəcəyini bildirib.

Braziliyada son 24 saat ərzində daha 33 281 nəfərin koronavirus infeksiyasına yoluxması, 869 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Braziliyada koronavirusa ümumilikdə 4 624 885 nəfər yoluxub. Bu müddət ərzində 138 977 koronaviruslu xəstə dünyasını dəyişib. Həmçinin bu günədək 3 992 886 xəstə müalicə olunaraq sağalıb.

ABŞ-da "Covid-19" infeksiyasına yoluxanların sayı 7 milyon 119 min 713 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Hindistan tutur - 5 milyon 732 nəfər. Braziliyada 4 milyon 624 min 885 nəfər, Rusiyada 1 milyon 122 min 241 nəfər, Kolumbiyada isə 777 min 537 nəfər yeni növ koronavirus xəstəliyinə yoluxub.



Әlaqәli Xәbәrlәr