Dünyada koronavirusla bağlı son vәziyyәt (23 sentyabr)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 900 mini, virusa yoluxanların sayı 31  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 23 milyonu  keçib.

1495580
Dünyada koronavirusla bağlı son vәziyyәt (23 sentyabr)

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 976 min 600-ü, virusa yoluxanların sayı 31  milyon 851 min 725-i, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 23 milyon 451 min 500-ü keçib.

Epidemiyanın mәrkәzinә çevrilәn ABŞ-da virusdan ölәnlәrin sayı 205 min 503 olub. Ölkәdә indiyәdәk 7 milyon 98 min 766 nәfәrә virus yoluxub.

Fransada epidemiya qurbanlarının sayı sutka әrzindә 78  artaraq 31 min 416-ya, infeksiyaya yoluxanların sayı da 10  min 8 artaraq 468  min 69-a  çatıb.

İtaliyada koronavirus infeksiyasından vәfat edәnlәrin sayı gün әrzindә 14  artaraq 35 min 738-ә, virusa yoluxanların sayı da 300 min 897-yә çatıb.

İspaniyada koronavirus pandemiyasından bir hәftә әrzindә daha 468  nәfәrin vәfat etmәsi ilә ölәnlәrin ümumi sayı 30 min 904-ә  çatıb. Sәhiyyә Nazirliyi  gün әrzindә 10  min 799  nәfәrin dә epidemiyaya yoluxduğunu açıqlayıb. Belәliklә ölkәdә virusa yoluxanların ümumi sayı 600  mini keçib.

Portuqaliya Sәhiyyә Nazirliyi koronavirusdan gün әrzindә daha 5  nәfәrin hәyatını itirdiyini vә epidemiyaya 663  nәfәrin dә yoluxduğunu açıqlayıb. Ölkәdә indiyәdәk koronavirusdan vәfat edәnlәrin sayı 1925-ә, infeksiyaya yoluxanların sayı isә 69 min 663-ә  çatıb.

Hindistanda koronavirusdan ölәnlәrin sayı 90 mini, infeksiyaya yoluxanların sayı da 5 milyonu keçib.

Rusiyada koronavirusdan vәfat edәnlәrin sayı 150 artaraq 19 min 799-a, virusa yoluxanların sayı da 122 min 241-ә yüksәlib.

Sәudiyyә Әrәbistanında koronavirusdan 30 nәfәr dә vәfat edib. Belәliklә ölkәdә virusdan ölәnlәrin ümumi sayı 4 min 542-yә, virusa yoluxanların sayı da 330 min 798-ә çatıb.

İraqda koronavirus qurbanlarının sayı 57 artaraq 8 min 682-yә, epidemiyaya yoluxanların sayı da 327 min 580-ә çatıb.



Әlaqәli Xәbәrlәr