Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 968 min olub.

1494869
Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 968 min olub. Virusa yoluxanların sayı 31 milyon 424 mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 23 milyonu keçib.
İspaniyada "Covid-19"dan son bir həftə ərzində 311 nəfər dünyasını dəyişərkən, insan itkisi 30 min 663-ə yüksəlib. Səhiyyə Nazirliyi son 3 gündə 31 min 428 yeni hadisənin aşkarlandığını və infeksiyaya yoluxanların sayının 671 min 468-ə yüksəldiyini açıqlayıb. İspaniyada ümumi olaraq epidemiyanın sıx olduğu 77 bələdiyyədə sərbəst hərəkətin məhdudlaşdırılması, restoran və barların doluluq nisbətinin 50 faizə endirilməsi, bütün park və bağların ən gec saat 22.00-də (yerli vaxtla) bağlanması kimi əlavə tədbirlər görülüb. Kataloniya Muxtar Hökumətinin başçısı Quim Torra da katalonlara "Covid-19" hadisələrinin ən çox yayıldığı şəhər olan paytaxt Madridə getməmələrini tövsiyə edib.
Portuqaliya Səhiyyə Nazirliyi "Covid-19" infeksiyasından son 24 saat ərzində 8 nəfərin öldüyünü və 623 yeni hadisənin qeydə alındığını açıqlayıb. Ölkədə insan itkisi 920 min, hadisə sayı isə 69 min 200-ə yüksəlib.

Braziliyada son 24 saat ərzində daha 13 439 nəfərin koronavirus infeksiyasına yoluxması, 377 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 4 558 068 nəfər yoluxub. Bu müddət ərzində 137 272 koronaviruslu xəstə dünyasını dəyişib.

Hindistanda daha min 53 nəfərin ölməsilə "Covid-19-dan ölüm sayı 88 min 965-ə yüksəlib. Son 24 saat ərzində ölkədə 75 min 83 yeni "Covid-19" hadisəsi aşkarlanıb, beləliklə xəstə sayı 5 milyon 562 min 663-ə yüksəlib.
Afrika qitəsində epidemiya səbəbiylə ölənlərin sayı 135 artaraq 34 min 133-ə çıxıb. Qitə daxilində yoluxmuş insanların sayı son 24 saat ərzində 6 min 668 artaraq 1 milyon 420 min 323-ə çatıb. Qitədə "Covid-19"dan ən çox itki 15 min 992 ölümlə Cənubi Afrika, 5 min 787 ölümlə Misir və  min 855 ölümlə Mərakeş olub.



Әlaqәli Xәbәrlәr