ABŞ-ın İranın Müdafiə Nazirliyinə və Maduroya qarşı sanksiya tətbiq edəcəyinə dair qərarı

ABŞ Prezidenti Donald Tramp "Mənim rəhbərliyim İranın nüvə silahı əldə etməsinə və ya dünyanı təhlükəyə atmasına əsla icazə verməyəcək" deyib.

1494860
ABŞ-ın İranın Müdafiə Nazirliyinə və Maduroya qarşı sanksiya tətbiq edəcəyinə dair qərarı

ABŞ Prezidenti Donald Tramp "Mənim rəhbərliyim İranın nüvə silahı əldə etməsinə və ya dünyanı təhlükəyə atmasına əsla icazə verməyəcək" deyib.
Donald Tramp İranla nüvə razılaşması çərçivəsində BMT Təhlükəsizlik Şurasının qaldırdığı sanksiyaları yenidən tətbiq etdiklərini bildirən yazılı açıqlama verib.
İranın nüvə, ballistik raketlər və adi silah axtarışında addım atdıqlarını söyləyən Tramp "Mənim rəhbərliyim İranın nüvə silahına sahib olmasına və ya dünyanın digər hissələrini yeni ballistik raketlər və adi silahlarla təhlükə altına almasına heç vaxt icazə verməyəcək" ifadəsini işlədib. Tramp İrana qarşı yenidən sanksiyaların tətbiq edilməsi barədə Prezident Fərmanı imzaladığını da xatırladıb.

Qeyd edək ki, rəsmi Vaşinqton İrana və bu ölkə ilə əməkdaşlığına görə Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib.

ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, sanksiya tədbirləri ölkənin nüvə proqramında iştirakına görə beş iranlı alimə və İran müdafiə sənayesinə, onun rəhbərliyinə, həmçinin Venesuela prezidenti Nikolas Maduroya qarşı tətbiq olunur. Pompeo deyib ki, müvafiq fərman ABŞ prezidenti Donald Tramp tərəfindən 21 sentyabrda imzalanıb.

“Bu fərmana əsasən, ilk addım İran Müdafiə Nazirliyinə və İran Silahlı Qüvvələrinin maddi-texniki bölmələrinə sanksiyaların tətbiq edilməsidir. Həmçinin İranla əlaqəsinə görə Maduroya qarşı sanksiya tətbiq olunur”, - Pompeo belə deyib.

Pompeo ABŞ-ın yalnız sanksiya tətbiq etməyəcəyini, həm də Tehrana qarşı silah embarqosunu bərpa edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr