Liviya müdafiә naziri әhәmiyyәtli bәyanatlar verib

Liviya müdafiә naziri Sәlahәddin әn-Nemruş Türkiyә ilә orduyu yenidәm inşa etmәyә vә inkişaf etdirmәyә dair proqramları hәyata keçirmәyә başladıqlarını açıqlayıb.

1494133

Bu barәdә  Nemruş rәsmi ‘‘Facebook’’ sәhifәsindә mәlumat verib. Nemruş Liviya Müdafiә Nazirliyinin  Liviyadakı qanuni hökumәti dәstәklәyәn  Türk tәrәfi ilә görüşdüyünü vә bu çәrçivәdәki görüşlәrin davam etdiyini deyib.

‘‘Türk tәrәfi ilә silahlı qüvvәlәri inşa etmәyә vә yenidәn inkişaf etdirmәyә dair proqramları hәyata keçirmәyә başladıq’’,-deyә Liviyanın müdafiә naziri qeyd edib.

Bu çәrçivәdә ilk tәlim mәrkәzinin paytaxt Tripolinin qәrbindә hazırlandığını söylәyәn Nemruş ilkin prioritetlәrinin beynәlxalq standartlara uyğun ordu qurmaq olacağını ifadә edib.

Qeyd edәk ki, Liviya müdafiә naziri Sәlahәddin әn-Nemruş avqustun 17-dә verdiyi açıqlamada tәlim sahәsindә hәrbi qurumların yenidәn inşa edilmәsi üçün Liviyanı dәstәklәmәlәri mәsәlәsindә Türkiyә vә Qәtәr Müdafiә Nazirliklәri ilә razılaşdıqlarını açıqlamışdı.

Әlaqәli Xәbәrlәr