İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә dörd fәlәstinli yaralanıb

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahilindә Amerika Birlәşmiş Ştatlarının dırnaqarası Orta Şәrq üzrә sülh planı vә korfәz ölkәlәrinin İsrail ilә münsibәtlәrini normallaşdırmasına qarşı etiraz aksiyası keçirәn fәlәstinlilәrә sәrt müdaxil

1494139
İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә dörd fәlәstinli yaralanıb

 

İsrail әsgәrlәri işğal altındakı İordan çayının qәrb sahilindә Amerika Birlәşmiş Ştatlarının dırnaqarası Orta Şәrq üzrә sülh planı vә korfәz ölkәlәrinin İsrail ilә münsibәtlәrini normallaşdırmasına qarşı etiraz aksiyası keçirәn fәlәstinlilәrә sәrt müdaxilә edib.

Bu barәdә Fәlәstin Xalq Müqavimәt Komitәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, müdaxilә nәticәsindә 4 fәlәstinli rezin güllә ilә yaralanıb. İsrail qüvvәlәrinin aksiyaçılara hәmçinin gözyaşardıcı qaz vә sәs bombası ilә müdaxilә etdiyi bildirilib.

İsrail әsgәrlәrinin sәrt müdaxilәsi nәticәsindә 4 fәlәstinlinin yaralandığı, hәmçinin çox sayda aksiyaçının da gözyaşardıcı qazdan zәhәrlәndiyi bildirilib.

Qeyd edәk ki, İsrail sentyabrın 15-dә Ağ Evdә Birlәşmiş Әrәb Әmirliklәri vә Bәhreynlә münasibәtlәrin normallaşmasına dair müqavilә imzalmışdı.



Әlaqәli Xәbәrlәr