Dünyada koronavirusla bağlı son vәziyyәt (21 sentyabr)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 965 min 630-u keçib.

1494145
Dünyada koronavirusla bağlı son vәziyyәt (21 sentyabr)

 

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 965 min 630-u, virusa yoluxanların sayı 31  milyon 273 min 100-ü, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 22 milyon 851 min 630-u keçib.

Fransada epidemiya qurbanlarının sayı sutka әrzindә 12  artaraq 31 min 585-ә, infeksiyaya yoluxanların sayı da 10  min 569  artaraq 453  min 763-ә çatıb.

Braziliyada koronavirusdan ölәnlәrin sayı gün әrzindә 363 artaraq 136 min 895-ә, infeksiyaya yoluxanların sayı isә 16 min 389 artaraq 4 minyon 544 min 629-a yüksәlib.

Meksikada  koronavirus qurbanlarının sayı sutka әrzindә 235 artaraq 73 min 493-ә, virusa yoluxanların sayı da 3 min 542 artaraq 697 min 663-ә çatıb.

Rusiyada koronavirus qurbanlarının sayı 19 min 489-a, infeksiyaya yoluxanların sayı da 109 min 595-ә yüksәlib.

Hindistanda koronavirus qurbanlarının sayı gün әrzindә 1157 artaraq 87 min 909-a , infeksiyaya yoluxanların sayı da 5 milyon 487 min 580-ә yüksәlib.

İraqda koronavirusdan vәfat edәnlәrin sayı 64 artaraq 8 min 555-ә, infeksiyaya yoluxanların sayı da 319 min 35-ә çatıb.

Livanda yeni növ koronavirusdan vәfat edәnlәrin sayı 297-yә, virusa yoluxanların sayı da 29 min 303-ә yüksәlib.

Cәnubi Afrikada epidemiyaya yoluxanların sayının 661 min 211-ә yüksәldiyi bildirilib.



Әlaqәli Xәbәrlәr