Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 950 minə yaxınlaşıb.

1492771
Dünyada koronavirusa yoluxanların sayı 30 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 950 min 628-ə yaxınlaşıb. Virusa yoluxanların sayı 30 milyon 356 mini, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 22 milyon 46 mini keçib.
202 min 114 insan itkisi və 6 milyon 867 min yoluxma faktı ilə epidemiyanın mərkəzinə çevrilən ABŞ Nyu-Yorq şəhərində məktəblərin açılması hələ kifayət səviyyədə hazırlıq olmadığı səbəbiylə ikinci dəfə təxirə salınıb. Bələdiyyə başçısı Bill de Blasio sentyabrın 21-də açılması planlaşdırılan ibtidai sinif şagirdlərinin 29 sentyabrda, orta məktəb və lisey şagirdlərinin isə 1 oktyabrda başlayacağını açıqlayıb.
İspaniyada "Covid-19"dan son bir həftə ərzində 419 nəfər həlak olub, bununla insan itkisi 30 min 405-ə yüksəlib. Səhiyyə Nazirliyi son 24 saat ərzində 11 min 291 yeni hadisənin aşkarlandığını və yoluxma sayının 625 min 651-ə yüksəldiyini açıqlayıb. Xəstəliyin sayında ən ciddi artımın paytaxt Madriddə mühacirlərin yaşadığı cənub məhəllələrində olduğu qeyd edilib. Əlavə tədbirlər görməyə hazırlaşan Madrid muxtar rəhbərliyinin bu məhəllələrə bəzi məhdudiyyətlər qoyacağı və epidemiyanın zirvəyə çatdığı fəsildə baharda fəaliyyət göstərən səhra xəstəxanasını yenidən açacağı gözlənilir.
Portuqaliya Səhiyyə Nazirliyi son 24 saat ərzində 10 nəfərin öldüyünü və "Covid-19" səbəbiylə 770 yeni hadisənin qeydə alındığını açıqlayıb. Ölkədə insan itkisi 888 min, hadisə sayı 66 min 396-ya yüksəlib.

Hindistanda daha 1.174 nəfərin ölümü ilə "Covid-19"dan ölənlərin sayı 84 min 404-ə yüksəlib. Ölkədəki xəstə sayı 96 min 424 artaraq 5 milyon 214 minə çıxıb. 
4 min 634 insanın epidemiya səbəbiylə öldüyü Çin dəniz məhsullarında yeni növ koronavirun aşkarlanan İndoneziya şirkətlərindən birindən idxalını dayandırıb..
Mərakeşdə Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, "Covid-19" səbəbiylə daha 28 nəfər daha ölüb, 2 min 488 nəfərdə isə virus aşkarlanıb. Beləliklə, ölkədə ölüm sayı min 71-ə, hadisə sayı isə 94 min 504-ə yüksəlib. Enerji, Mədən və Ətraf Mühit naziri Əziz ər-Rəbb virusa yoluxduğunu açıqlayıb.
Afrika qitəsində epidemiya səbəbiylə ölənlərin sayı son 24 saat ərzində 174 artaraq 33 min 484 nəfərə çıxıb. Qitədə virusun yoluxduğu insanların sayı 8 min 610 nəfər artaraq 1 milyon 389 minə çatıb. 41 min səhiyyə işçisində yeni koronavirus aşkar edilib. Bu günə qədər "Covid-19"dan ən çox insan itkisi 15 min 772 ölümlə Cənubi Afrikada, 5.715 ölümlə Misirdə və 1714 ölümlə Əlcəzairdə qeydə alınıb.



Әlaqәli Xәbәrlәr