Edi Rama Türkiyә ilә bağlı bәyanat verib

Albaniya Baş naziri Edi Rama Türkiyənin  Avropanın təhlükəsizliyi üçün önәmli  bir ölkə olduğunu söyləyib.

1492034
Edi Rama Türkiyә ilә bağlı bәyanat verib

 

Albaniya Baş naziri Edi Rama Türkiyənin  Avropanın təhlükəsizliyi üçün önәmli  bir ölkə olduğunu söyləyib.

Edi Rama, "The Economist" jurnalının Yunanistanın paytaxtı Afinada təşkil etdiyi konfransda çıxış edib.

Rama çıxışında  Türkiyə ilə Yunanıstan arasındakı münasibәtlәr , Qәrbi Balkan ölkәlәrinin gәlәcәyi, yeni  növ koronavirüs (Covid-19) ilə mübarizә vә  Albaniya ilә Yunanıstan arasındakı münasibәtlәr kimi mәsәlәlәri qiymәtlәndirib..

Yunanıstan və Türkiyənin Albaniyanın strateji tәrәfdaşları olduğunu qeyd edәn Edi Rama deyib: ‘‘Albaniyanın iki atәş arasında qaldığını hiss etmirәm’’.

Türkiyә ilә Yunanıstan arasındakı münasibәtlәr vә bu münasibәtlәrin Avropa üçün rolundan bәhs edәn Rama qeyd edib ki, Türkiyә Avropanın tәhlükәsizliyi baxımından önәmli bir ölkәdir. Yunanıstan da Avropanın sәrhәdlәri baxımından әhәmiyyәtlidir. Şübhәsiz deyә bilәrәm ki, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Yunanıstana qarşı olan  bir insan vә ya siyasәtçi deyil. Dialoq, Dialoq, dialoq... Başkalarına ehtiyac olmadan  yalnız diloq.

 

 



Әlaqәli Xәbәrlәr