Dünyada ‘‘Covid-19’’la bağlı son vәziyyәt

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 900 mini, virusa yoluxanların sayı 29  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 21 milyonu keçib.

1492052

Epidemiyanın Avropadakı mәrkәzi olan İngiltәrәdә yeni növ koronavirus pandemiyasından gün әrzindә hәyatını itirәnlәrin sayı 20 artaraq 41 min 684-ә, infeksiyaya yoluxanların sayı da 3 min 991 artaraq 378 min 219-a yüksәlib.

Fransada epidemiya qurbanlarının sayı sutka әrzindә 46 artaraq 31 min 45-ә, infeksiyaya yoluxanların sayı da 9 min 784 artaraq 404 min 888-ә çatıb. Fransa tәhsil naziri şagirdlәrin epidemiyaya yoluxmasından sonra fәaliyyәti dayandırılan mәktәblәrin sayının 81-ә yüksәldiyini bildirib.

Hindistanda koronavirusdan 132 nәfәrin dә vәfat etmәsi ilә hәyatını itirәnlәrin ümumi sayı 83 mini keçib, infeksiyaya yoluxanların sayı isә 5 milyon 118 min 253-ә yüksәlib.

İsraildә koronavirus qurbanlarının sayı 1165-ә, infeksiyaya yoluxanların sayı da 170 min 465-ә yüksәlib.

Sudanda epidemiyanın yayılması sәbәbindәn  komendant saatı elan edilib.

Әlaqәli Xәbәrlәr