Şi Cimpinq: ‘‘Çinin daxili mәsәlәlәrinә müdaxilә edilmәsinә qarşıyıq’’

Çinin dövlәt başçısı Şi Cimpinq ölkәsinin daxili mәsәlәlәrinә müdaxilә edilmәsinә qәtiyyәtlә qarşı olduqlarını bildirib.

1490737
Şi Cimpinq: ‘‘Çinin daxili mәsәlәlәrinә müdaxilә edilmәsinә qarşıyıq’’

 

Çinin dövlәt başçısı Şi Cimpinq ölkәsinin daxili mәsәlәlәrinә müdaxilә edilmәsinә qәtiyyәtlә qarşı olduqlarını bildirib.

Şinxua agentliyinin yaydığı mәlumata әsasәn, Şi Cimpinq Avropa İttifaqı Şurasının sәdri Çarlz Mişel, Avropa İttifaqı Komissiyası prezidenti Ursula von der Leyen vә  Almaniya kansleri Angela Merkelin iştirakı ilә videokonfrans formatında keçirilәn Aİ-Çin liderlәri görüşündә bәyanatlar verib.

Şi ölkəsinin daxili mәsәlәlәrinә müdaxilә edәn, ölkəsində qeyri-sabitlik, qarşıdurma və qarışıqlıq yaradacaq hər hansı bir gücə və ya şəxsə qarşı olduqlarını vurğulayıb.

Çinin Sincan Uyğur muxtar bölgəsi və Honkonq bölgәsi ilə əlaqəli məsələlərə toxunan Şi Cimpinq bunun  milli suverenliklərini qorumaqla bağlı olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr