Borrell: "Türkiye ile ziddiyyətə gedərək problemin həll olunmayacağı açıqdır"

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Türkiyə ilə müxalifət etməyin Aİ ilə Türkiyə münasibətlərindəki problemləri həll etməyəcəyini bildirib.

1491143
Borrell: "Türkiye ile ziddiyyətə gedərək problemin həll olunmayacağı açıqdır"

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Türkiye ile ziddiyyətə gedilməsinin Aİ ilə Türkiyə münasibətlərindəki problemləri həll etməyəcəyini, probləmlərin dialoq və danışıqlar yoluyla həll ediləcəyini söyləyib.
Borrell Avropa Parlamentində (AP) Şərqi Aralıq dənizi və Türkiyənin də daxil olduğu xarici əlaqələr mövzusundakı Baş Məclisdəki yığıncaqda millət vəkillərinə müraciət edib. Yay aylarında Şərqi Aralıq dənizindəki gərginliyi azaltmaq üçün səy göstərdiyini dilə gətirən Borrell daha çox səy göstərilməsinin vacibliyini vurğulayıb.
Borrell "Oruç Reis" gəmisinin Antalya limanına getməsini "doğru istiqamətdə atılmış addım" olaraq qiymətləndirərək, "Bu, bizə dialoq üçün daha çox addım atıla biləcəyini vəd edir. Bunu hərbi yolla deyil, dialoq və danışıqlar yolu ilə həll edəcəyik" deyib.
Borrell "Türkiyəyə müxalifət edərək problemlərə həll yolu tapıla bilməyəcəyi məlumdur. Bunu istəmirik. Türkiyə Aİ-nin əhəmiyyətli qonşusudur. Coğrafiyanı dəyişə bilməyəcəyimizə görə qonşu olmağa davam edəcəyik. Türkiyə eyni zamanda miqrasiya da daxil olmaqla bir çox mövzuda əhəmiyyətli bir tərəfdaşdır. Məsələn, miqrasiya axınlarının Türkiyənin köməyi olmadan həll edilə bilməsinin çətin olduğunu bilirik. Türkiyə eyni zamanda Aİ-yə namizəd ölkədir" deyib.



Әlaqәli Xәbәrlәr