BMT İnsan Hüquqları üzrә Şurasının 45-ci iclası öz işinә başlayıb

Birlәşmiş Millәtlәr Tәşkilatının İnsan Hüquqları üzrә Şurasının 45-ci iclası öz işinә başlayıb.

1490318
BMT İnsan Hüquqları üzrә Şurasının 45-ci iclası öz işinә başlayıb

 

Birlәşmiş Millәtlәr Tәşkilatının İnsan Hüquqları üzrә Şurasının 45-ci iclası öz işinә başlayıb.

Mәlumata әsasәn, iclas Birlәşmiş Millәtlәr Tәşkilatının Cenevrәdәki mәrkәzi qәrargahında keçirilir.

BMT İnsan Hüquqları üzrә Ali Komissarı Mişel Baçelet iclasın açılışında etdiyi çıxışında qlobal problemlәrlә bağlı xәbәrdarlıq edib.

Baçelet Yunanıstanın Lesbos adasındakı Moria qaçqın düşәrgәsindә baş verәn yanğının minlәrlә qaçqının hәyatına ciddi şәkildә tәsir göstәrdiyini ifada edәrәk Avropa İttifaqına üzv dövlәtlәrә  bu mәsәlәdә birgә mövqe nümayiş etdirmәlәri vә üzәrlәrinә düşәn öhdәliyi yerinә yetirmәlәri ilә әlaqәdar çağırış edib.

Baçelet Yunanıstanın quru vә dәniz sәrhәdindәn qeyri-qanuni  qaçqınları Türkiyә tәrәfinә geri qaytarmasına reaksiya göstәrәrәk deyib: ‘‘Aİ-yә üzv dövlәtlәrin quru vә dәniz sәrhәdlәrindәn qaçqınları geri göndәrmә vә kütlәvi şәkildә deportasiya әmәliyyatları hәyata keçirәrәk qanuni öhdәliklәrini pozur vә bu addım  qaçqınların hüquqları baxımından ağır nәticәlәr  doğura bilәr’’.

Qeyri-qanuni qaçqınlara edilәnlәrin müstәqil bir şәkildә araşdırılması ilә әlaqәdar çağırış edәn Baçelet statuslarından asılı olmayaraq qaçqınların hüquqlarının müdafiә edilmәsini tәmin etmәk üçün ölkәlәrin әmәkdaşlıq etmәlәrinin vacibliyini vurğulayıb.

Baçelet çıxışında Livandakı siyasi, sosial-iqtisadi vә maliyyә böhranların xalqın 55 %-ni yoxsulluğa sürüklәdiyini ifadә edib.

Baçelet hәmçinin  avqustun 4-dә Beyrutda baş verәn partlayışın insanların hәyatlarına mәnfi tәsir göstәrdiyini vurğulayıb.

Qeyd edәk ki, şuranın 45-ci iclası oktyabrın 6-da sona çatacaq.



Әlaqәli Xәbәrlәr