İsrail ilә Birlәşmiş Әrәb Әmirliklәri arasında әldә olunan müqavilә sentyabrın 15-dә imzalanacaq

İsrail və Birləşmiş Ərəb Əmirlikləri  arasında әldә olunan  "münasibətlərin tam normallaşması" ilә bağlı  müqavilənin rəsmi imza mərasimi sentyabrın 15-dә Amerika Birlәşmiş Ştatlarında keçirilәcәk.

1487269

Bu barәdә Ağ Evin rәsmilәri mәlumat veriblәr. İmza mərasiminin ABŞ prezidenti Donald Trampın ev sahibliyindә Ağ Evdә keçirilәcәyi bildirilib. İsrail Baş naziri Binyamin Netanyahu vә  Birlәşmiş Әrәb Әmirliklәrinin vәliәhd şahzadәsi Mәhәmmәd bin Zayidin qardaşı  Abdullah bin Zayid Әl Nahyanın nümayәndә heyәtlәrinә rәhbәrlik etmәsi gözlәnilir.

Qeyd edәk ki, Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp avqustun 13-dә İsrail vә Birlәşmiş Әrәb Әmirliklәrinin münasibәtlәrini normallaşdırmaq üçün razılığa gәldiyini açıqlamışdı.

Әlaqәli Xәbәrlәr