Vladimir Putin vә Salman bin Әbdülәziz arasında telefon danışığı olub
Kremldәn verilәn mәlumata әsasәn, tәrәflәr neft bazarlarındakı vәziyyәt әtrafında fikir mübadilәsi aparıblar.
1486549

Rusiya prezidenti Vladimir Putin vә Sәudiyyә Әrәbistanı Kralı Salman bin Әbdülәziz arasında telefon danışığı olub.
Kremldәn verilәn mәlumata әsasәn, tәrәflәr neft bazarlarındakı vәziyyәt әtrafında fikir mübadilәsi aparıblar.
Putin və Kral Salman Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə tәşkilata daxil olmayan bəzi neft istehsal edən ölkələr arasındakı əməkdaşlıqdan məmnun olduqlarını ifadə ediblәr və bu sahədə sıx əməkdaşlığın davam edəcəyini vurğulayıblar.
Rusiyanın yeni növ koronavirus epidemiyasına qarşı hazırladığı peyvəndin birgə istehsalı ilə bağlı məsələnin müzakirə olunduğu görüşdә epidemiyaya qarşı atıla biləcək addımlar və epidemiyanın qlobal iqtisadiyyata təsirləri də müzakirə olunub.