Әfqanıstanda törәdilәn hücumlar doqquz nәfәrin hәyatına son qoyub

Әfqanıstanın Sar-iPul vә Nanqarhar vilayәtlәrindә törәdilәn hücumlar nәticәsindә 9 mülki vәtәndaş hәlak olub.

1484623
Әfqanıstanda törәdilәn hücumlar doqquz nәfәrin hәyatına son qoyub

 

Әfqanıstanın Sar-iPul vә Nanqarhar vilayәtlәrindә törәdilәn hücumlar nәticәsindә 9 mülki vәtәndaş hәlak olub.

Sar-i Pul Valiliyinin sözçüsü Zabidullah Amani verdiyi açıqlamada Sançarak qәsәbәsinin Qacvai kәndindәki bir evә yerlәşdiyilәn bombanın işә salınması nәticәsindә 6 nәfәrin hәlak olduğunu söylәyib. Amani hücumda 2 nәfәrin dә yaralandığını deyib.

Nanqarhar Valiliyinin sözçüsü Ataullah Hoqyani dә Paçiraqam qәsәbәsindә yol kәnarına әvvәlcәdәn yerlәşdirilәn bombanın iiә salınması nәticәsindә 3 nәfәrin hәlak olduğunu, 1-nin dә yaralandığını deyib.

Hücumlara görә mәsuliyyәti öz üzәrinә götürәn olmayıb.



Әlaqәli Xәbәrlәr