Dünyada koronavirusa yoluxanların sayı 25 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 800 mini, virusa yoluxanların sayı 25  milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 17 milyonu keçib.

1482446

Fransada epidemiya qurbanlarının sayı gün әrzindә 29  artaraq 30 min 635-ә, infeksiyaya yoluxanların sayı da 3 min 82  artaraq 281  min 25-ә yüksәlib. Fransanın Elmi Şurası ölkәdә payız vә qış aylarında epidemiyanın ikinci dalğasının yaşana bilәcәyini istisna etmәyib.

İtaliyada koronavirus qurbanlarının sayı gün әrzindә 6 artaraq 35 min 483-ә, infeksiyaya yoluxanların sayı da 269 min 214-ә yüksәlib.

İspaniyada koronavirusdan vәfat edәnlәrin sayı son yeddi gündә 141 artaraq 29 min 974-ә çatıb.

İspaniya Sәhiyyә Nazirliyi cümә günündәn etibarәn virusa daha 23 min 572 nәfәrin yoluxduğunu açıqlayıb. Belәliklә ölkәdә yeni növ koronavirus pandemiyasına yoluxanların ümumi sayı 462 min 858-ә çatıb.

Әlaqәli Xәbәrlәr