İsrail ordusu Hәmasın obyektlәrini vurdu

Bu barәdә İsrail ordusunun rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib.

1480655
İsrail ordusu Hәmasın obyektlәrini vurdu

 

İsrail ordusu Hәmasın Qәzza zolağındakı obyektlәrinә ağır zәrbәlәr endirib.

Bu barәdә İsrail ordusunun rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda bildirilib. Hücumun Qәzzadan edilәn hücuma cavab olaraq hәyata keçirildiyi bildirilib.

Fәlәstin mәnbәlәrinin mәlumatında isә İsrail tәyyarәlәrinin  Hәmasın silahlı qanadı olan İzzәddin әl-Kassam Briqadasının  Qәzza vә Refah şәhәrlәrindәki  obyektlәrini vurduğu bildirilib.

Hücum zamanı ölәn vә ya yaralanan olmayıb.

Qeyd edәk ki, İsrail ordusu bu gün dә Hәmasın hәrbi qanadı İzzәddin әl-Kassam Briqadasının obyektlәrinә zәrbәlәr endirdiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr