Yunanıstan Parlamenti İtaliya ilə imzalanan sazişi təsdiqləyib

Yunanıstan Parlamenti İtaliya ilə İon dənizi üçün imzalanan Xüsusi İqtisadi Bölgə sazişini təsdiqləyib.

1479770
Yunanıstan Parlamenti İtaliya ilə imzalanan sazişi təsdiqləyib

Yunanıstan Parlamenti İtaliya ilə İon dənizi üçün imzalanan Xüsusi İqtisadi Bölgə sazişini təsdiqləyib.
Parlamentdə keçirilən səsvermədə hakim Yeni Demokratiya Partiyası, ana müxalifət Syriza və Dəyişikliklər Hərəkatı Partiyası müsbət səs verdiyi saziş üçün Yunanıstan Kommunist Partiyası, Yunan Həll Partiyası və Mera25 Partiyası isə mənfi səs verib.
Parlamentdə çıxış edən Xarici İşlər naziri Nikos Dendias "İon dənizindən sonra Girit adasının cənubundakı sularının 6 dəniz milindən 12 dəniz milinə qədər genişləndirilməsi məsələsini araşdırdıqlarını" söyləyib.
Rəsmi Afina iyunun 9-da İtaliya, 6 avqustda isə Misirlə xüsusi iqtisadi bölgə sazişi imzalayıb.
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan və Misir arasında imzalanan sazişlə bağlı bildirib ki, imzalandığı açıqlanan kontinental sahələrlə bağlı sazişin Türkiyə üçün heç bir əsası yoxdur. Bu anlayışımız sahədə və masada ortaya qoyulacaqdır.



Әlaqәli Xәbәrlәr