Tarrant ömürlük həbs cəzasına məhkum edilib

İki məsciddə terror aktı törədən avstraliyalı Brenton Harrison Tarrant vaxtından əvvəl azadlığa çıxmaq hüququndan məhrum olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

1479894
Tarrant ömürlük həbs cəzasına məhkum edilib

15 mart 2019-cu il tarixdə Yeni Zelandiyanın Kraystçörç şəhərindəki iki məsciddə terror aktı törədən avstraliyalı Brenton Harrison Tarrant vaxtından əvvəl azadlığa çıxmaq hüququndan məhrum olunmaqla ömürlük həbs cəzasına məhkum edilib.

Ali məhkəmənin hakimi Kemeron Mander hökmü oxuyarkən belə deyib: "

Sizin cinayətiniz o qədər bağışlanmazdır ki, ölənə qədər həbsdə qalsanız da, bu, tələb olunan cəzanı ödəyə bilməz. Siz mərhəmət etmədiniz, siz yalnızca qatil deyilsiniz, həm də terrorçusunuz. Siz Yeni Zelandiyanın həyat tərzinə hücum etməyi hədəflədiniz".

Hökm elan olunduqdan sonra Tarrant verilən cəzaya etiraz etmədiyini bildirib. Onun cəzasını Oklend həbsxanasında çəkəcəyi gözlənilir.

Terrorçu Tarrantın cəzası Yeni Zelandiya tarixində indiyə qədər ən ağır cəza olub.

Tarrantın ömürlük cəzası şəhidlərin yaxınlarını və yaralıları da məmum edib.

Yeni Zelandiyanın Baş naziri Casinda Ardern Tarranta verilmiş cəzanı alqışlayaraq, onun günahını “dəhşətli və utancverici hərəkət” adlandırıb. Onun artıq gün üzü görməyəcəyini deyib.

Yeni Zelandiyanın Xarici İşlər naziri və Yeni Zelandiya Partiyasının lideri Uinston Peters da ölkədəki müsəlmanların kifayət qədər əziyyət çəkdiyini vurğulayıb. "Partiya olaraq terrorçunu onu böyüdən ölkəyə göndərməyin lazım olduğunu düşünürük" deyə Peters qeyd edib.
Petersin açıqlamalarından sonra Avstraliyanın Baş naziri Scott Morrison paytaxt Kanberrada verdiyi açıqlamada Avstraliya hökumətinin ağ irqin üstünlüyünü müdafiə edən terrorçunun doğulduğu ölkəyə təhvil verilməsi üçün heç bir tələbinin olmadığını söyləyib.

Xatırladaq ki, məsciddə müsəlmanlara qarşı törədilmiş terror hücumu nəticəsində 51 nəfər ölmüş, 40 nəfər isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr