Əfqanıstanda baş verən daşqınlarda ölənlərin sayı artır

Əfqanıstanın paytaxtı Kabil yaxınlığındakı Pərvan əyalətində leysan yağışlar nəticəsində baş verən daşqınlarda azı 70 nəfər ölüb, 100-dən çox insan isə xəsarət alıb.

1479542

Bu barədə məlumat verən əyalət qubernatorunun sözçüsü Vahidə Şəhkar yüzlərlə yaşayış evin yararsız hala düşdüyünü deyib.

Sözçünün dediyinə görə, hazırda xilasedicilərin çalışmaları davam edir və zərərçəkənlərin sayının daha da artacağı istisna deyil.

Әlaqәli Xәbәrlәr