Liviyanın Baş naziri Fayiz es-Serrac Türkiyəyə təşəkkür edib

Liviyanın Baş naziri Fayiz es-Serrac bir çox ölkənin özünü itirdiyi vaxtda Liviyalıların yanında olan Türkiyəyə təşəkkür edib.

1478821
Liviyanın  Baş naziri Fayiz es-Serrac Türkiyəyə təşəkkür edib

Liviyanın Baş naziri Fayiz es-Serrac bir çox ölkənin özünü itirdiyi vaxtda Liviyalıların yanında olan Türkiyəyə təşəkkür edib.

Fayiz es-Serrac rəsmi televiziya kanalına verdiyi müsahibədə, böhran hökuməti yaratmaq üçün fövqəladə vəziyyət elan edə biləcəyini açıqlayıb.

Serrac kvota tətbiqi gözləntisindən uzaq bir şəkildə təcili olaraq kabinetə yenidən baxılacağını bildirib.

Qanunauyğunluğun itirilməsinə və Liviyanın qaranlıq bir tunelə girməsinə icazə verməyəcəyini vurğulayan Serrac prezident seçkisi və səsvermənin gələn ilin mart ayında keçirilməsi barədə çağırışlarını təkrarlayıb.

Öz hesablarında seçkini istəməyən bəzi partiyaların olduğunu qeyd edən Serrac bütün Liviya partiyalarının qəbul edəcəyi hər hansı bir razılaşmanı həyata keçirməyə hazır olduğunu vurğulayıb.

Liviyalı etirazçılara həyat şəraitinin pisləşməsi səbəbindən təxribata uymamağa səsləyən Serrac “Bütün dövlət qurumlarına dinc nümayişçiləri qorumağı, yalnız təxribatçılara müdaxilə etmələri təlimatını vermişəm” deyə bildirib.

Dinc aksiya iştirakçıları arasında təxribatçıların olduğunu, Liviya dövlətinin nüfuzunu aşağı salmaq üçün təxribat və iğtişaşlar həyata keçirdiklərini bildirən Serrac neft ixracının yenidən başlaması və xalqı ac saxlamaq siyasətinə son qoyulması barədə çağırış edib. Müharibədən zərər çəkmiş bölgələr üçün kompensasiya fondunun yaradıldığını açıqlayan Serrac Liviya Mərkəzi Bankından likvidliyin təmin edilməsini, məzənnə ilə maraqlanmağı və paralel bazarla mübarizə aparmağı istəyib.

“Türkiyə şirkətlərinə aid iqtisadi sənədlər və sözügedən şirkətlərin yarımçıq qalan layihələri tamamlaması üçün geri qayıtması barədə Türkiyə ilə əlaqə saxlayırıq. Qurumlarımızın xeyrinə olacaq formada Türkiyə ilə imtiyazlı münasibətlərimizi inkişaf etdirməyə çalışırıq” deyib.



Әlaqәli Xәbәrlәr