Yeni Zelandiyada məscidlərə hücum edən terrorçunun məhkəmə işinə başlanılıb

Yeni Zelandiyanın Kraystçörç şəhərində 2 məscidə silahlı hücumu nəticəsində 51 nəfəri öldürən və 49 nəfəri yaralayan terrorçu Brenton Tarrantın məhkəmə prosesi start götürüb.

1478071
Yeni Zelandiyada məscidlərə hücum edən terrorçunun məhkəmə işinə başlanılıb

Yeni Zelandiyanın Kraystçörç şəhərində 2 məscidə silahlı hücumu nəticəsində 51 nəfəri öldürən və 49 nəfəri yaralayan terrorçu Brenton Tarrantın məhkəmə prosesi start götürüb.
Yeni Zelandiya Radiosunun xəbərinə görə, terrorçu Tarranta veriləcək cəzanın müəyyən ediləcəyi Kristçörç Ali  Məhkəməsində başlayan və 4 gün davam edəcəyi gözlənilən məhkəmə prosesinin ilk günü ciddi təhlükəsizlik tədbirləri altında başlayıb. 
Terror aktında həyatını itirənlərin qohumları ilə yanaşı hücum nəticəsində yaralananların olduğu məhkəmənin keçirildiyi məhkəməyə aparan yollar bağlanarkən, polis snayperləri damlarda yerləşdirilib.
Kristçörç Ali Məhkəməsinin hakimi Kameron Mander tərəfindən mühakimə olunacaq terrorçu, saxlanıldığı Oklend həbsxanasından video və audio bağlantısı sistemi ilə dinləmələrdə iştirak edəcək.
Özünü müdafiə etmək istəyi iyulun 13-də Kristçörç Ali Məhkəməsi tərəfindən qəbul edilən terrorçu Tarrant ona qarşı edilən bütün ittihamları, o cümlədən 51 qətl, 40 öldürməyə cəhd və 1-i də terror hücumu olan ittihamların hamısını qəbul edib.
Ağ irqin üstünlüyünü müdafiə edən sağçı terrorçunun 4 gün davam edən məhkəmə prosesindən sonra ömürlük həbs cəzası alacağı gözlənilir.
Xatırladaq ki, 15 mart 2019-cu ildə Kraystçörçdəki məscidlərdə atəş açılması nəticəsində görə, 1-i Türk 51 adam ölüb, 2-si Türk 40 nəfər yaralanıb. 



Әlaqәli Xәbәrlәr