Dünyada koronavirusdan ölənlərin sayı 811 mini keçib

İnfeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 16 milyon 48 mini keçib.

1477819
Dünyada koronavirusdan ölənlərin sayı 811 mini keçib

Dünyada yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 811 min 644 nəfəri keçib, virusa yoluxanların sayı 23 milyon 598 min, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 16 milyon 91 mini keçib.
Epidemiyadan ən çox təsirlənən ABŞ-da koronavirusdan ölənlərin sayı 180 min 604 olub. Virusa yoluxanların sayı 5 milyon 874 min olaraq qeyd edilib. ABŞ Prezidenti Donald Tramp Amerika Qida və Dərman Administrasiyasının infeksiyaya qarşı plazma müalicəsi üçün təcili təsdiq verdiyini açıqlayıb.
"Covid-19"dan ən çox təsirlənən ikinci ölkə Braziliyada ölənlərin sayı 114 772'yə yüksəlib. Ölkədəki yoluxmaların sayı 3 milyon 605 min olub.
Meksikada son 24 saatda "Covid-19"dan həyat itkisi 60 min 480 olub. Ölkədə virusa yoluxmaların sayı 560 min 164-ə çıxıb.
Avropada epidemiyanın mərkəzi olan İngiltərədə ölənlərin sayı 41 min 429-a çatıb, yoluxmaların sayı isə 325 min 642 olaraq qeydə alınıb.

İtaliyada bir gündə 1 210 nəfərdə koronavirus aşkar edilib, 7 nəfər dünyasını dəyişib.

İtaliyada koronavirus qurbanlarının sayının 35 437 nəfərə çatdığı qeyd olunur.

Yunanıstanda son 24 saat ərzində  koronavirus xəstəliyinə yoluxanların sayı 284 nəfər artıb. Bu, pandemiya başlayandan bəri 24 saat ərzində ən çox artımdı.

Bununla ölkədə yoluxanların ümumi sayı 8 664 nəfərə çatıb. Koronavirus səbəbindən ölənlərin ümumi sayı isə 242-ə çatıb.

Ən çox yoluxma hadisəsinə görə üçüncü ölkə olan Hindistanda "Covid-19" səbəbiylə ölənlərin sayı 57 min 692 olub. Ölkədəki yoluxmaların sayı da artaraq 3 milyon 106 minə çatıb.
"Covid-19" infeksiyasından 16 min 448 insanın öldüyü Rusiyada yoluxmaların sayı 961 min 493 olub.
İranda yeni növ koronavirus səbəbiylə ölənlərin sayı 20 min 643-ə yüksəlib. Ölkədə yoluxmaların sayı da artaraq 358 min 905-ə çatıb.
İraqdakı "Covid-19" infeksiyasından həyat itkisi 6 min 428, yoluxmaların sayı 204 min 341-ə yüksəlib. 
4 min 634 insanın virus səbəbiylə öldüyü Çində "Covid-19"dan ölən olmayıb, virusa yoluxan insan sayı 16 artaraq 84 min 967-ə çatıb.
Cənubi Koreyada 309 adam virus səbəbiylə ölüb, yoluxma hallarının sayı 266 artaraq 17 min 665-ə çıxıb. Afrika qitəsində epidemiya səbəbindən ölənlərin sayı 182 nəfər artaraq 27 min 831, yoluxmaların sayı 1 milyon 192 mini keçib. 
Bu günə qədər "Covid-19"dan ən çox insan itkisi Cənubi Afrikada 13 min 559 ölümlə, 5. min 262 ölümlə Misir, 1435 ölümlə Əlcəzairdə qeydə alınıb. 

Bəzi ölkələrdə "Covid-19" səbəbiylə ölənlərin sayı belədir: Fransa (30 min 513), İspaniya (28 min 838), Peru (27 min 663), Kolumbiya (17 min 316) və Çili (10 min 852).



Әlaqәli Xәbәrlәr