Navalnı Berlində xüsusi xəstəxanalardan birində müalicə almağa başlayıb

Rusiyada müxalifət liderlərindən olan Aleksey Navalnı müalicə üçün Berlin şəhərində xüsusi xəstəxanalardan birində yerləşdirilib.

1477300

Aleksey Navalnının mətbuat katibi Kira Yarmış sosial media hesabından bildirmişdi ki, Navalnı həyat yoldaşı Yulia Navalnı ilə Rusiyanın Omsk şəhərinə gedən xüsusi təcili yardım təyyarəsi ilə Berlinə göndərilib.

Xatırladaq ki, ötən gün Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı Navalnı özünü pis hiss edib. Bu səbəbdən təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Onun komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilmişdi.

Әlaqәli Xәbәrlәr