Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 802 mini keçib.

1477179
Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 802 mini keçib, virusa yoluxanların sayı 23 milyon 65 min, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 15 milyon 650 mini keçib.
İspaniyada "Covid-19"dan son 7 gündə 125 nəfər ölüb, bununla da insan itkisi 28 min 838 minə çıxıb. Səhiyyə Nazirliyi son 24 saat ərzində 3 min 650 yeni yoluxmanın görüldüyünü və bununla da 385 min 54 insanın virusa yoluxduğunu açıqlayıb.

Hindistanda bir gündə koronavirusa 69 878 nəfər yoluxub.

Bu, pandemiya başlayandan sonra ölkədə rekord sayda gündəlik yoluxma göstəricisidir.

İndiyə qədər Hindistanda 2 975 701 insan infeksiyaya yoluxub. Sutka ərzinə 945 nəfər ölüb. Bununla da ümumi ölüm sayı 55 794 nəfərə çatıb.

Hindistan ABŞ və Braziliyadan sonra dünyada yoluxma sayına görə 3-cü yerdə qərarlaşır.

İtaliyada son sutka ərzində 947 nəfər koronavirusa yoluxub. 

Bu, mayın 16-dan bəri qeydə alınan rekorddan 100 nəfər çoxdur.

Son 24 saat ərzində 9 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, İtaliyada yoluxanların ümumi sayı 257 065-ə çatıb, onlardan 35 427 nəfər ölüb, 204 960 nəfər sağalıb. 

Almaniyada yeni növ koronavirusa (COVID-19) günlük yoluxma sayı 2000-i keçib.

Son 24 saatda ərzində Almaniyada koronavirusa 2034 yeni yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə indiyədək infeksiyaya yoluxanların ümumi sayı 232082-yə çatıb.  

Son 24 saatda 7 ölüm halı baş verib və beləliklə, Almaniyada indiyə qədər koronavirusdan vəfat edənlərin ümumi sayı 9267 nəfərə çatıb.

 



Әlaqәli Xәbәrlәr