Liviya Ali Dövlət Şurasının sədri Mışri: "Türkiyənin yanındayıq"

Liviyanın qanuni Milli Həmrəylik Hökuməti Aralıq dənizi məsələsində Türkiyənin yanında olduğunu bildirib.

1476290
Liviya Ali Dövlət Şurasının sədri Mışri: "Türkiyənin yanındayıq"

Liviyanın qanuni Milli Həmrəylik Hökuməti Aralıq dənizi məsələsində Türkiyənin yanında olduğunu bildirib.
Liviya Ali Dövlət Şurasının sədri Xalid əl Mışri Şərq Aralıq dənizində baş verənləri TRT-də iştirak etdiyi proqramda qiymətləndirib.
Misir və Yunanıstan arasındakı sözdə razılaşmaya reaksiya göstərən Mışri "Bu, Liviyaya və Türkiyəyə qarşı qəbul edilmiş bir razılaşmadır. Açıq və dəqiq deyirik, böyük bir ana ərazinin mövcudluğunu kiçik ada ilə müqayisə edə bilmərik. Onun üçün haqlı olduğumuzu bilirik. Misir və Yunanıstanın qanunsuz istəklərinin qarşısında dimdik dayanacağıq" deyib.
Özünümüdafiə səylərini beynəlxalq arenada qanun çərçivəsində və Türkiyə ilə birlikdə göstərməyə davam edəcəklərini vurğulayan Mışri “Bu işin arxasında bəzi Avropa ölkələri var. Avropa ölkələri bölgədə güclü bir Türkiyə görmək istəmir. Biz Türkiyənin yanındayıq" deyə qeyd edib.
Liviya Ali Dövlət Şurasının sədri Türkiyə ilə əməkdaşlığın sadəcə müdafiə sahəsilə məhdud olmadığını söyləyib.
Mışri Liviyanın şərqindəki qanunsuz qanunsuz silahlı qüvvələrin başçısı Xəlifə Hafter ilə toqquşmalar səbəbiylə tamamlana bilməyən layihəni Türkiyə ilə tamamlamağı planlaşdırdıqlarını sözlərinə əlavə edib. 



Әlaqәli Xәbәrlәr