Lukaşenko: "İstəniləcəyi təqdirdə seçkilər yenidən keçirilə bilər"

"İstəyirsinizsə yeni konstitusiyaya uyğun olaraq prezident, parlament və bələdiyyə seçkilərini keçirəyin" , A. Lukaşenko

1474719
Lukaşenko: "İstəniləcəyi təqdirdə seçkilər yenidən keçirilə bilər"

"İstəyirsinizsə yeni konstitusiyaya uyğun olaraq prezident, parlament və bələdiyyə seçkilərini keçirəyin." 
Bunu Belarus prezidenti Aleksandr Lukaşenko paytaxt Minskdə etdiyi çıxışında deyib.
Yeni konstitusiya tələbləri ilə bağlı açıqlama verən Lukaşenko yeni konstitusiyanın xalq səsverməsi ilə qəbul olunacağını deyib və yeni konstitusiyanın  müxalifətin də əleyhinə olmayacağğı yeni konstitusiya hazırlanmasının vacibliyini vurğulayıb.
Lukaşenko ondan heç kəsin təzyiqilə yenidən seçki keçirilməsi qərarı almasını gözləməməsini söyləmişdi.
Qeyd edək ki, ötən həftə Belarusda keçirilmiş prezident seçkilərində Lukaşenkonun qalib gəldiyinin elanından sonra ölkə daxilində etirazlar başlayıb.
Müxalifət saxtakarlıqların olduğunu iddia etdikləri seçkilərin yenidən keçirilməsini istəyib.
Belarus Mərkəzi Seçki Komissiyasının verdiyi açıqlamada Aleksandr Lukaşenkonun prezident seçkilərində 80,1 faiz səs qazandığı, ən yaxın rəqibi Svetlana Tikhanovskayanın isə səslərin 10,12 faizini toqladığı bildirilib.



Әlaqәli Xәbәrlәr