Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı dünya miqyasında 777 min 751-i keçib.

1474636
Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı dünya miqyasında 778 min 71-i keçib. Virusa yoluxanların sayı 22 milyon 77 min, sağalan xәstә sayı isә 14 milyon 813-dәn yuxarıdır.

Epidemiyadan ən çox təsirlənən ABŞ-da insan itkisi 173 min 761-ә, virusun yoluxduğu insan sayı isə 5 milyon 612 min 27-yə yüksəlib. 
Latın Amerikasında epidemiyanın mərkəzi qəbul edilən Braziliyada son 24 saat ərzində 684 ölüm faktı qeydə alınıb. Bununla da ölkədə ölənlərin sayı 108 min 654-ə yüksəlib.Virusa yoluxan insan sayı isə 3 milyon 363 min 
 235 olub.
Meksikada virusdan ölənlərin sayı 57 min 23-ə, yoluxma hadisələrinin sayı 525 min 733-ə yüksəlib. İspaniyada Səhiyyə Nazirliyi "Covid-19"dan son 7 gündə 54 adamın öldüyünü və virusla əlaqədar ölənlərin sayının 28 min 646-ya çıxdığını açıqlayıb. Nazirlik cümə günündən bəri ölkə daxilində 16 mindən çox yeni yoluxma faktının qeydə alındığını bildirib.
Virusdan ölənlərin sayı İtaliyada 35 min 400, Fransada 30 min 429, Peruda 26 min 481, Kolumbiyada 15 min 372, Çilidə 10 min 513, Belçikada 9 min 944, Almaniyada 9 min 296, Kanadada  9 min 32, Ekvadorda 6, min 83, İsveçdə 5 min 787, Argentinada 5 min 814 olub.
Avstraliyanın Viktoriya əyalətində "Covid-19" səbəbiylə daha 17 nəfərin ölümü ilə ölkə daxilində virusdan həyat itkisi 438-ə yüksəlib.
İspaniyada Səhiyyə Nazirliyi "Covid-19"dan son 7 gündə 54 nəfərin öldüyünü və virus qaynaqlı ölənlərin sayının 28 min 646-ya yüksəldiyini açıqlayıb. Nazirlik 14 avqusdan bəridir ölkə daxilində yeni yoluxma halında 16 mindәn çox artım olduğunu açıqlayıb.
"Covid-19" infeksiyasından ən çox təsirlənən üçüncü ölkə Hindistanda insan itkisi 51 min 955-ə yüksəlib, son 24 saat ərzində 876 ölüm faktı qeydə alınıb. Virusa yoluxanların sayı 2 milyon 706 min 450 olub.
Rusiyada "Covid -19"dan ölənlərin sayı 15 872-yə çıxıb. Ölkədə virusun aşkarlandığı insan sayı da 932 min 493-ə yüksəlib. Rusiyanın Energetika naziri Aleksandr Novakın "Covid-19" testinin nəticəsi müsbət çıxıb. Rusiya xəbər agentliyi "TASS"-a bəyanat verən Rusiya Energetika Nazirliyinin mətbuat katibi Olga Qolant Novakın "Covid -19"un əlamətlərini göstərmədiyini bildirib və deyib: "Novak öz vəzifələrini uzaqdan yerinə yetirməyə davam edəcək. Hətta sabah videokonfrans vasitəsilə keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) iclasına qatılacaq".
"Covid-19" virusundan insan itkisi İndoneziyada 6 207, Pakistanda 6190, Misirdə 5 173, Səudiyyə Ərəbistanında 3 366, Əlcəzairdə 1 379 və Küveytdə 502, Mərakeşdə 681 olub.
Epidemiyadan 11 min 982 nəfərin öldüyü Cənubi Afrika Respublikasında infeksiyaya yoluxanların sayı 589 min 886-ya yüksəlib. Avqustun 29-da 977 nəfərin virusdan öldüyü Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada virus ilə mübarizə çərçivəsində bağlanmış hava limanları yenidən açılır.
Yeni növ koronavirusun ortaya çıxdığı Çində 22, Cənubi Koreyada isə son 24 saat ərzində 226 yeni hadisə aşkarlanıb.

İraqda yeni növ koronavirus (Covid-19) səbəbiylə ölənlərin sayı bir gündə 94 artaraq 5 954-ə çatıb. Eyni müddət ərzində 3 min 202 yeni hadisə aşkar edilərkən, virusa yoluxanların sayı isə 180 min 133 olub.

Ukraynada virusdan ölənlərin sayı 27 nəfərdən 2 min 116 nəfərə, yoluxma hadisələrinin sayı isə 616 artaraq 94 min 436-ya çatıb.
Özbəkistanda epidemiya səbəbindən ölənlərin sayı 4 adam artaraq 240-a, yoluxmaların sayı 398 artaraq 36 minə yüksəlib.
"Covid-19" səbəbiylə 1 431 nəfərin öldüyü Qazaxıstanda virusa yoluxanların sayı 103 min 300 olub.
Qırğızıstanda ölənlərin sayı 2 artaraq  498, yoluxma faktlarının sayı isə 155 artaraq 42 min 146-ya çıxıb.
Ermənistanda koronavirus səbəbiylə daha 8 nəfər ölüb, bununla da ölənlərin sayı 832-yə yüksəlib. Virus ölkədə son 24 saat ərzində 145 nəfərdə aşkarlanıb, buna görə yoluxmaların sayı 41 min 846 olub. Yeni növ koronavirus səbəbiylə 17 nəfərin öldüyü Gürcüstanda yoluxmaların sayı  1 392 minə yüksəlib.

 



Әlaqәli Xәbәrlәr