Koronavirusa yoluxanların sayı 20 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 700 mini, virusa yoluxanların sayı 21 milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 14 milyonu keçib.

1473314

İspaniyada koronavirus qurbanlarının sayı son bir hәftәdә 62 artaraq 28 min 617-yә yüksәlib. Ölkәdә gün әrzindә virusa yoluxanların sayı 2 min 987 artaraq 342 min 813-ә çatıb. İspaniya sәhiyyә naziri Salvador İlla virusun sürәtlә yayılması ilә bağlı ölkәdәki muxtar bölgәlәrin rәhbәrlәri ilә toplantı keçirmişdi.

Fransada epidemiya sәbәbindәn gün ǝrzindǝ  18  nәfәrin dә vәfat etmәsi ilә ölkәdә virus nәticәsindә ölәnlәrin sayı 30 min 406-ya  yüksәlib. Ölkәdә infeksiyaya yoluxanların sayı gün әrzindә 2 min 846  artaraq 234  min 859-ǝ-a çatıb.

Belçikada koronavirus qurbanların sayı 9 min 916-ya, infeksiyaya yoluxanların sayı da 76 min 191-ә yüksәlib.

Әlaqәli Xәbәrlәr