Fələstin rəhbərliyi: İsrail-BƏƏ razılaşması Qüds, Əl-Əqsa məscidi və Fələstinə xəyanətdir

Fələstin rəhbərliyi BƏƏ-nin İsrail ilə münasibətlərini normallaşdırmaq barədə razılığını Qüds, Əl-Əqsa məscidi və Fələstinə xəyanət kimi qiymətləndirib.

1472607
Fələstin rəhbərliyi: İsrail-BƏƏ razılaşması Qüds, Əl-Əqsa məscidi və Fələstinə xəyanətdir

Fələstin rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İsrail ilə münasibətlərini normallaşdırmaq barədə razılığını Qüds, Əl-Əqsa məscidi və Fələstinə xəyanət kimi qiymətləndirib.
Fələstin rəhbərliyinin verdiyi yazılı açıqlamada BƏƏ-nin İsrail ilə razılaşmasının kəskin şəkildə qınandığı və rədd edildiyi bildirilib.
Bəyanatda BƏƏ-nin "işğalçı dövlət" İsrail tərəfindən işğal edilmiş İordan çayının qərb sahilinin bəzi hissələrinin ilhaqının müvəqqəti olaraq dayandırılması qarşılığında və  Əl-Əqsanı yəhudiləşdirmək planlarının kölgəsində bu razılığa gəldiyi vurğulanaraq deyilib ki, BƏƏ-nin İsrail ilə razılığı Qüds, Əl-Əqsa məscidi və Fələstinə qarşı xəyanətdir. Bu addım Ərəb Sülh Təşəbbüsü, Ərəb Birliyi və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iclaslarının qərarlarını və beynəlxalq qanunları məhv etməkdir. Bu həm də Fələstin xalqının hüquqlarını, müqəddəslərini, xüsusən  Əl-Əqsa məscidi və 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin tələblərini gözdən yayındırmaqdır.
Bəyanatda BƏƏ bu qərardan geri dönməyə çağırılaraq,  ərəb xalqlarının bu cür qərarlara etibar etməməsinin vacibliyi vurğulanıb.
Bəyanatda BƏƏ və ya başqa bir tərəfin Fələstin xalqı adından danışmaq hüququnun olmadığına işarə edilib və bildirilib ki, Fələstin Azadlıq Təşkilatı Fələstin xalqının yeganə qanuni nümayəndəsidir. Fələstin rəhbərliyi Ərəb Birliyini təcili iclasa və İƏT-ni də bu qərarı rədd etməyə çağırır.
Daha sonra Fələstin BƏƏ-İsrail arasında imzalanan normallaşma razılaşmasına cavab olaraq səfirini Əbu-Dabidən çıxarıb.



Әlaqәli Xәbәrlәr