Dünyada "Covid-19"a yoluxanların sayı 21 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı dünya miqyasında 757 min 471-i, virusa yoluxanların sayı 21 milyon 72-ni keçib.

1472795
Dünyada "Covid-19"a yoluxanların sayı 21 milyonu keçib

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı dünya miqyasında 757 min 776-nı, virusa yoluxanların sayı 21 milyon 95 min 488-i keçib, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 13 milyon 946 min 466 olub.
Epidemiyadan ən çox təsirlənən Amerika Birləşmiş Ştatlarında insan itkisi 170 min 415, virusa yoluxanların sayı 5 milyon 977 minə çatıb.
Latın Amerikasında epidemiyanın mərkəzinə çevrilən Braziliyada həyat itkisi 105 min 564, virusun yoluxduğu insan sayı 3 milyon 621 minə yüksəlib.
Meksikada "Covid-19"dan insan itkisi 627 artaraq 55 min 293, virusa yoluxanların sayı 7 min 371 artaraq 505 min 751-ə çıxıb. 
41 min 347 həyat itkisi ilə İngiltərədəki epidemiyanın mərkəzi olan "Covid-19" virusuna yoluxanların sayının 3 milyon 400 min ola biləcəyi bildirilib. Ölkənin qabaqcıl universitetlərindən biri olan "İmperial College" tərəfindən aparılan araşdırma ilə müəyyən edilən bu rəqəm əhalinin 6 faizinə bərabərdir. Tədqiqatda, Afrika və Asiya mənşəli azlıqlarda "Covid-19" virusuna yoluxanların sayının digər etnik qruplara nisbətən 2 dəfə çox olduğu da qeyd edilib.

Dünyada ən çox infeksiyaya yoluxma faktının qeydə alındığı üçüncü ölkə olan Hindistanda son 24 saat ərzində 1007 nəfərin ölməsilə "Covid-19"dan ölənlərin sayı 48 min 153-ə yüksəlib, virusa yoluxanların sayı isə son 24 saatda 64 min 553 artaraq 2 milyon 461 minə çatıb.
Rusiyada insan itkisi 124 artımla 15 min 384, virusa yoluxanların sayı isə 907 min 758 olaraq qeyd edilib.

İranda virus səbəbiylə ölənlərin sayı son 24 saatda 169 artaraq 19 min 331-ə, virusa yeni yoluxanların sayı isə 338 min 825-ə yüksəlib.
Epidemiyadan 2 min 11 nəfərin öldüyü Ukraynada virusa son 24 saatda 1 732 yeni yoluxma faktı ile  virusa yoluxanların sayı 87 872 olub.  Dünən ölkədə 1 592 yeni yoluxma ilə rekord qırılmışdı.
Afrika qitəsində son 24 saatda epidemiya səbəbiylə ölənlərin sayı 405 artaraq 24 min 727, virusa yoluxanların sayı isə 10 min 476 artaraq 1 milyon 88 min 777-yə çatıb. Bu günə qədər "Covid-19"dan ən çox insan itkisi 11 min 270 ölüm halı ilə Cənubi Afrika, 5107 ölümlə Misir və 1341 ölümlə Əlcəzairdə qeydə alınıb.

Epidemiyada 30 min 388 insanın öldüyü və virusa yoluxan insan sayının 232 min 13-ə yüksəldiyi Fransada paytaxt Paris və Bouches-du-Rhone bölgəsi "Covid-19" infeksiyasının aktiv şəkildə yayıldığı "qırmızı bölgə" elan edilib.

"Covid-19" səbəbiylə digər bəzi ölkələrdə ölənlərin sayı belədir: İtaliya (35 min 231),  İspaniya (28 min 605), Peru (25 min 648), Kolumbiya (14 min 145), Çili (10 min 299), Belçika (9 min 916), Almaniya (9 min 281), Kanada (9 min 15), Hollandiya (6 min 165), İsveç (5 min 776) və Argentina (5 min 362).

Cənubi Afrika (11 min 270), Pakistan (6 min 153), İndoneziya (5 min 968), İraq (5 min 641).



Әlaqәli Xәbәrlәr