Beyrutda baş verәn partlayış zamanı hәyatını itirәnlәrin sayı 177 nәfәrә çatıb

Livan sәhiyyә naziri Hamad Hәsәn bir televiziya kanalına verdiyi müsahibәdә Beyrut Limanında baş verәn partlayışda hәyatını itirәnlәrin sayının 177 nәfәrә çatdığını deyib.

1472856
Beyrutda baş verәn partlayış zamanı hәyatını itirәnlәrin sayı 177 nәfәrә çatıb

 

Livanın paytaxtı Beyrutda keçәn hәftә baş verәn partlayış nәticәsindә hәyatını itirәnlәrin sayı 177 nәfәrә yüksәlib.

Livan sәhiyyә naziri Hamad Hәsәn bir televiziya kanalına verdiyi müsahibәdә Beyrut Limanında baş verәn partlayışda hәyatını itirәnlәrin sayının 177 nәfәrә çatdığını deyib.

Partlayış zamanı daha 30 nәfәrin  itkin düşdüyünü söylәyәn Hәsәn faciә qurbanlarının sayının 200-dәk yüksәlә bilәcәyini bildirib.

Xatırladaq ki, avqustun 4-dә Beyrut limanındakı anbarların birindә baş verәn yanğın güclü partlayışa sәbәb olub.

Partlayışdan sonra Türkiyә başda olmaqla bir çox ölkә Beyruta tibbi lәvazimat vә әrzaq göndәrib.



Әlaqәli Xәbәrlәr