Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Dünyada koronavirusa yoluxma hallarının sayı 20 milyon 468 mini keçib, 743 505 ölüm hadisəsi qeydə alınıb.

1471241
Dünya ölkələrinin yeni növ koronavirusla mübarizəsi davam edir

Dünyada koronavirusa yoluxma hallarının sayı 20 milyon 468 mini keçib, 743 505 ölüm hadisəsi qeydə alınıb. Virusdan sağalanların sayı isə 13 milyon 314 mindən yuxarıdır.
Fransada son 24 saatda epidemiya səbəbiylə daha 14 nəfərin ölümü ilə insan itkisi 30 min 354, yoluxma hallarının sayı isə 1397 artaraq 226 820-ə çatıb.
Baş nazir Jan Kasteks Montpellier şəhərində verdiyi açıqlamada ölkədə epidemiyanın gedişatının pis olduğunu və vəziyyətin narahatlıq doğurduğunu bildirib. Xəstəxanalarda və reanimasiyada müalicə alanların sayının artdığını deyən Kasteks "Birgə tədbirlər görməsək, epidemiyanın yenidən başlaması riski ilə qarşılaşacağıq və nəzarət etmək çətin olacaq" deyib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı son hesabatında isə bildirilib ki, son 24 saatda ölənlərin sayı 4268, yoluxanların sayı 216 033 nəfər olub.

Şimali və Cənubi Amerika yoluxanların sayına görə birinci yerdədir - 10 697 832. Son 24 saatda bu rəqəm 106 903 təşkil edib. Ölənlərin sayı 2 277 artaraq 390 850-yə çatıb.

Avropada 3 606 373 yoluxma, 217 278 ölüm qeydə alınıb. Son 24 saat ərzində yoluxanların sayı 21 315, ölənlərin sayı isə 267 olub.

Yoluxma sayına görə üçüncü yeri Cənub-Şərqi Asiya bölgəsi tutur. Orada yoluxanların sayı 2 691 452, ölənlərin sayı isə 54 633 göstərilib. Son bir gündə yoluxma sayı 58 679, ölüm sayı 956 nəfər artıb. 

Yoluxma sayına görə ölkələr arasında ilk yeri ABŞ (4 999 815), ardınca Braziliya (3035422), Hindistan (2268675), Rusiya (897599), Cənubi Afrika (562598), Meksika (480278), Peru (478.024), Kolumbiya (387481), Çili (375044) və İran (328844) tutur.



Әlaqәli Xәbәrlәr