Misir müxalifətinin Yunanıstanla imzalanan razılaşmaya reaksiyası

Ölkələrindən kənarda yaşayan Misir müxalifəti Yunanıstan ilə Misirin imzaladığı sözdə dəniz səlahiyyəti sahələrinin məhdudlaşdırılmasının əsassız olduğunu bildiribər.

1469916
Misir müxalifətinin Yunanıstanla imzalanan razılaşmaya reaksiyası

Ölkələrindən kənarda yaşayan Misir müxalifətinin Yunanıstan ilə Misirin imzaladığı sözdə dəniz səlahiyyəti sahələrinin məhdudlaşdırılmasının əsassız olduğunu bildiriblər.
İnkişaf Partiyasının keçmiş sədri Tarık ez-Zumur və Milli İnsan Hüquqları Şurasının keçmiş üzvü Üsame Rüşdinin də aralarında olduğu Misiri müxalifətinin verdiyi yazılı şərhdə Yunanıstan ilə imzalanan sazişə reaksiya veriblər.
Misirin strateji maraqlarının, tarixi hüquqlarının və təbii sərvətlərinin qorunmasının vacibliyinə işarə edilən şərhdə Misir rejiminin "Bu sazişlərin beynəlxalq dəniz hüququna uyğun olduğuna dair ifadələrinin" qəbuledilməz və məntiqsiz olduğu bildirilib.
"Yunanıstan və Misir arasındakı dəniz müqaviləsinin əsassız" olduğu vurğulanan açıqlamada "Dəniz səlahiyyət sahələrinin məhdud edilməsi sazişi Misirin sadəcə özünə məxsus iqtisadi bölgəsindən yüz milyardlarla dollar və təbii sərvətlərindən imtina etməsi deyil, eyni zamanda gələcəkdə digər bölgələrdəki qaynaqlardan da faydalanması imkanını da aradan qaldırması mənasını daşıyır" deyə bildirilib.
Qeyd edək ki, Misir və Yunanıstan arasında sözdə "dəniz səlahiyyət sahələrini məhdudlaşdırma sazişi" 6 avqustda Misirin Xarici İşlər naziri Samih Şükri və Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias tərəfindən imzalınıb.  
Xarici İşlər naziri Mövlud Çavuşoğlu sözdə razılaşmanın həm Türkiyənin, həm də Liviyanın dənizdibi ərdazisini və hüquqlarını pozduğunu açıqlayıb.



Әlaqәli Xәbәrlәr