Livana dəstək konfransı keçirilib

Fransa və BMT-nin başçılığı ilə təşkil edilən "Beyrut və Livan xalqına dəstək üzrə beynəlxalq konfrans"da Beyrut üçün 252,7 milyon avro yardım toplanıb.

1469904
Livana dəstək konfransı keçirilib

Fransa və BMT-nin başçılığı ilə təşkil edilən "Beyrut və Livan xalqına dəstək üzrə beynəlxalq konfrans"da Beyrut üçün 252,7 milyon avro yardım toplanıb.
Fransa Prezident sarayı Yeliseyin verdiyi açıqlamaya görə, Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra təşkil edilən konfransda Beyrut üçün 252,7 milyon avro toplanıb.
Konfransda iştirak edən liderlər bildiriblər ki, bu yardım BMT-nin rəhbərliyi altında koordinasiya olunmalı və ən yüksək səmərəlilik və şəffaflıqla birbaşa Livan xalqına çatdırılmalıdır.
Liderlər partlayışla əlaqədar istintaqın qərəzsiz, etibarlı və müstəqil bir şəkildə aparılmasının vacibliyini də vurğulayıblar.
Xatırladaq ki, avqustun 4-də Beyrut Limanında partlayıcı maddələrin olduğu 12 nömrəli anbarda yanğın baş verib və sonra bütün şəhəri sarsıdan çox güclü bir partlayış əmələ gəlib. Partlayış nəticəsində 158 nəfərin öldüyü və təxminən 6 min adamın yaralandığı bildirilib.



Әlaqәli Xәbәrlәr