Livanda partlayışla bağlı həbs edilənlər olub

Livanda güclü partlayışın baş verdiyi Beyrut Limanında işləyən 16 nəfər istintaq çərçivəsində həbs edilib.

1468776
Livanda partlayışla bağlı həbs edilənlər olub

Livanda güclü partlayışın baş verdiyi Beyrut Limanında işləyən 16 nəfər istintaq çərçivəsində həbs edilib.
Ölkənin rəsmi xəbər agentliyi "NNA"-da yer alan hərbi məhkəmənin şərhində güclü partlayışın baş verdiyi avqustun 4-dən bəridir aparılan istintaq çərçivəsində Beyrut Limanında vəzifə icra edən 16 nəfərin nəzarətə alındığı bildirilib.
Şərhdə qeyd edilib ki, aparılan istintaq partlayışa səbəb olan hər cür amili əhatə edir. İstintaq çərçivəsində Beyrut Limanının İdarə heyəti və gömrük idarəsi səlahiyyətliləri, texniki işçilər və partlayışın əmələ gəldiyi 12 nömrəli anbar işçilərindən 18 nəfərin ifadəsi alındı. 
Qeyd edək ki, Beyrut limanında güclü partlayış çərşənbə axşamı (4 avqust 2020-ci il) baş verib. Son məlumatlara görə, hadisə zamanı 135 nəfər həlak olub, 5 minə yaxın insan xəsarət alıb. Bununla yanaşı, xeyli sayda insan itkin düşmüş sayılır.
Livan hökuməti partlayışla əlaqədar istintaqın 5 gün davam edəcəyini açıqlayıb.
Digər tərəfdən, Livan Mərkəzi Bankının sədri Riyad Salam yayımladığı sərəncamla ölkədəki banklar və maliyyə qurumlarına partlayışdan zərər çəkmiş şəxslərə şəxsi məhdudiyyətlərindən asılı olmayaraq kredit təmin edilməsi üçün təlimat verib.



Әlaqәli Xәbәrlәr