Qәrb ölkәlәrindә koronavirusla bağlı son vәziyyәt (4 avqust)

Yeni növ koronavirus epidemiyası sәbәbindәn indiyәdәk hәyatını itirәnlәrin sayı 690 mini, virusa yoluxanların sayı 18 milyonu, infeksiyadan müalicə olunaraq sağalan insanların sayı isә 11 milyonu keçib.

1466458

Fransada epidemiya sәbәbindәn üç gündә 29 nәfәrin dә vәfat etmәsi ilә ölkәdә virus nәticәsindә ölәnlәrin sayı 30 min 294-ә yüksәlib.Ölkәdә infeksiyaya yoluxanların sayı gün әrzindә 556 artaraq 218 min 12-yә çatıb.

İtaliyada son 24 saatda yeni növ koronavirus sәbәbindәn 12 nәfәr dә hәyatını itirib.Belәliklә ölkәdә virus sәbәbindәn vәfat edәnlәrin sayı 35 min 166-ya yüksәlib.Gün әrzindә daha 159 nәfәr virusa yoluxub.Ölkәdә aktiv xәstә sayı 12 min 474-ә çatıb.

Әlaqәli Xәbәrlәr