Livanda matəm elan edildi

Livanın paytaxtı Beyrutun liman bölgəsində baş vermiş iki güclü partlayışa görə ölkədə matəm elan olunub

1467074
Livanda matəm elan edildi

 

  Livanın paytaxtı Beyrutun liman bölgəsində baş vermiş iki güclü partlayışa görə ölkədə matəm elan olunub. Partlayışda ölənlərin sayı 30, yaralıların sayı isə 2200 nəfərdən çoxdur.

  Ölkənin sabiq baş naziri Saad əl-Həririnin evində və ətraf binalarda böyük ziyan meydana gəlib.

  Partlayışın təsiriylə dağılan 3 mərtəbəli bir binanın dağıntısı altında hələ də insanlar olduğu bildirilir.

  Livan prezidenti Mişel Naim Aun Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Yaxınlıqdakı binaların dağılması zamanı yaralananların əksəriyyətinin vəziyyəti ağırdır.

  “Əl Cəzirə” telekanalının məlumatına görə, ətrafdakı yaşayış binalarında sakinlərin çoxu təxliyə edilməyib.

  Partlayışların terror aktı olduğu düşünülür.



Әlaqәli Xәbәrlәr